• No results found

Maliyyə menecmenti

N/A
N/A
Protected

Academic year: 2021

Share "Maliyyə menecmenti"

Copied!
38
0
0

Loading.... (view fulltext now)

Full text

(1)

MALİYY MENECMENTİ

Ə

MÜND RİCAT

Ə

Mündəricat

... 1

1.

Maliyyə menecmentinin mahiyyəti (mahiyyəti, subyekti, obyekti, yaranması) ... 2

2.

Maliyyə sistemi (həlqələri, formaları) ... 5

3.

Qiymətli kağızlar bazarı və onun idarə edilməsi ... 8

4.

Maliyyə menecmentinin planlaşdırılması ... 13

5.

Maliyyə menecmentinin nəzarəti (audit yoxlamaları) ... 17

6.

Dövriyyə vəsaitlərinin idarə olunması ... 18

7.

Qısa müddətli kreditorlar, borcların idarə olunması ... 20

8.

Mənfəətin bölüşdürülməsi ... 27

9.

Dividend siyasəti ... 28

10.

Dövlət krediti və idarə olunması ... 30

11.

Mürəkkəb faizlər və cari dəyər ... 32

(2)

 1. Maliyyə menecmentinin mahiyyəti (mahiyyəti, subyekti, obyekti, yaranması) – Maliyyə müasir cəmiyyətin inkişafının mühüm elementlərindən biridir. Soruşulan hər yüz nəfərin doxsan doqquzu «Maliyyə nədir?» sualına «Puldur» deyə cavab verəcəkdir. Doğrudan da maliyyənin tarixi adı pul münasibətlərini ifadə edir. Bu anlayış qədim latın sözü olan “financia”sözündən götürülüb, hərfi mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi XIII-XV əsrlərdə İtaliyada tətbiq olunmağa başlanmışdır. Sonralar bu istifadə olunmağa başlamış və beynəlxalq status almışdır. Maliyyə anlayışı pul münsibətlərini əhatə etmir. Pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş anlayışdır. Hazırkı şəraitdə hər bir cəmiyyətdə bir sıra pul münasibətləri fəaliyyət göstərir. Bunlara aiddir: dövlətlə müəssisələr, dövlətlə əhali, ayrı-ayrı müəssisələr, müəssisələrlə əhali arasında olan münasibətlər. Maliyyə münasibətlərini fərqləndirən bir sıra xüsusi elementlər vardır:

1. Maliyyə münasibətləri bölgü xarakteri daşıyır, yəni ÜMM və milli gəlirin bölgüsü və yenidən bölgüsü ilə əlaqədardır.

2. Maliyyə münasibətləri bilavasitə dövlətlə əlaqədardır.

3. Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. Onlar bu və ya digər səviyyələrdə (dövlət, müəssə, təşkilat) pul fondlarının yaradılması iqtisadi münasibətlər sistemini ifadə edir. Bu münasibətlərin hər üçünə uyğun olan pul münasibətləri maliyyə münasibətlərinə aiddir. Yuxarıdakı təhlil göstərir ki, maliyyə iqtisadi münasibətləri ifadə edir və deməli, iqtisadi bazisin tərkibinə daxildir. Bazis dedikdə üst qurumun əsasında duran istehsal münasibətlərinin məcmusu başa düşülür. Maliyyə iqtisadi bazisin elementidir və iqtisadi kateqoriya kimi çıxış edir. Çünki hər şeydən əvvəl o, istehsal münasibətlərinin müəyyən tərəflərini universal və mücərrəd formada ifadə edir, tarixi səciyyə daşıyır. Maliyyənin mahiyyətinin müəyyən olunması zamanı da iqtisadçılar arasında böyük fikir ayrılığı yaranır. Onlardan bəziləri maliyyənin bölgü kateqoriyası, digərləri istehsal kateqoriyası, üçüncü qrup isə geniş təkrar istehsal kateqoriyası kimi qiymətləndirirlər. Məlum olduğu kimi geniş təkrar istehsal 4 mərhələdən ibarətdir: istehsal – bölgü – mübadilə – istehlak. Beləliklə maliyyəyə belə tərif vermək olar: Maliyyə pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan pul-bölgü münasibətlərinin məcmusuna deyilir.

Ümumiyyətlə, mаliyyə bir еlmi аnlаyış кimi аdətən еlə prоsеslərin məcmusudur кi, ictimаi həyаtdа müхtəlif fоrmаlаrdа təzаhür еtsə də höкmən pul vəsаitlərinin hərəкəti ilə müşаyiət оlunur. Müəssisələrdə təsərrüfаt dахili təyinаtа mаliк оlаn fоndlаrın yаrаdılmаsı üçün mənfəətin bölüşdürülməsi, vеrgilərin dövlət büdcəsinə ödənilməsi, büdcədən кənаr fоndlаrа və хеyriyyə fоndlаrınа vəsаit кöçürülməsi zаmаnı höкmən pul vəsаitinin hərəкəti müşаhidə оlunur. Nə qədər nəzərə çаrpаn оlsа dа, pul vəsаitinin hərəкəti özlüyündə mаliyyənin mаhiyyətini аçа bilmir. Mаliyyənin mаhiyyətinin öyrənilməsi üçün bütün mаliyyə ünsürlərinin dахili təbiətini хаrакtеrizə еdən хüsusiyyətləri bilməк lаzımdır.

“Maliyyə” anlayaşı pul və əmtəə-pul münasibətlərilə qırılmaz surətdə əlaqədardır. Əmtəə-pul münasibətləri şəraitində pulun hərəkətinin fasiləsiz prosesində onların bir sahibkardan digərinə keçidi baş verir. Pul maliyyənin mövcudluğunun mütləq şərtidir.

(3)

Mаliyyəni digər bölgü каtеqоriyаlаrındаn fərqləndirən mühüm хüsusi əlаmət оndаn ibаrətdir кi, mаliyyə münаsibətləri mаliyyə rеsurslаrı fоrmаsındа оlаn pul gəlirləri və pul yığımlаrı fоndlаrının təşкili ilə əlаqədаrdır. Bu şərt bütün ictimаi-iqtisаdi fоrmаsiyаlаr üçün ümumidir. Аncаq ictimаi-ictimаi-iqtisаdi fоrmаsiyаnın sоsiаl təbiətinin dəyişməsindən аsılı оlаrаq mаliyyə rеsurslаrının təşкili və istifаdəsinin fоrmа və mеtоdlаrı dəyişilir və təкmilləşdirilir.

Bеləliкlə, mаliyyə - məcmu ictimаi məhsulun (ümumi dахili məhsulun) və milli vаridаtın bir hissəsinin, təsərrüfаt subyекtlərinə və dövlətdə pul gəlirləri fоndlаrının yаrаdılmаsı, həmçinin gеniş təкrаr istеhsаlın və əhаlinin dаim аrtаn tələbаtının ödənilməsi məqsədilə bölgüsü və yеnidən bölgüsü prоsеsində mеydаnа çıхаn pul münаsibətlər sistеmidir.

Maliyyənin başlıca təyinatı pul gəlirləri və pul fondlarının yaradılması yolu ilə nəinki dövlətin və müəssisələrin pul vəsaitlərinə olan tələbatlarını təmin etmək və habelə maliyyə resurslarının xərclənməsi üzərində nəzarət etməkdən ibarətdir. Maliyyə pul vəsaitlərinin özü deyil, pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsinə dair insanlar arasındakı münasibətlərdir. Maliyyə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yenidən bölgüsü və istifadəsi prosesində ictimai-iqtisadi münasibətlərin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Bir elm kimi maliyyənin predmeti ümumi daxili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü, pul vəsaitləri fondlarının yaradılması və istifadəsi ilə əlaqədar iqtisadi münasibətlər sistemindən ibarətdir. Maliyyə dövlətlə müəssisələr, təşkilatlar və vətəndaşlar arasında qarşılıqlı əlaqələrin konkret forma və metodlarını özündə əks etdirir. Maliyyənin mahiyyəti və məzmunu onun funksiyalarında daha aydın görünür.

Maliyyənin funksiyası dedikdə, ona məxsus olan xassələrin (təyinatı, vəzifələri, icrası, rolu) təzahürü, yəni onun iqtisadi münasibətlər sistemində yerinə yetirdiyi rol başa düşülür. Maliyyənin funksiyası onun mahiyyətini açıqlayır. İqtisadi kateqoriya kimi maliyyəyə 3 funksiya: bölüşdürücü, tənzimləyici və nəzarət funksiyaları xarakterikdir.

Maliyyənin bölüşdürücü funksiyası ÜDM-in, milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsini həyata keçirir. Dövlətin milli gəlirinin yaradılmasının maddi əsasını ictimai məhsulun təkrar istehsalı təşkil edir. ÜDM-in təkrar istehsalı və onun bölgüsünün bütün mərhələlərində (istehsal, bölgü, mübadilə və son istehlak) maliyyədən bilavasitə istifadə edilir. Maliyyənin vasitəsilə həyata keçirilən milli gəlirin və ÜDM-in bölgüsü və yenidən bölgüsünün son məqsədi məhsuldar qüvvələrin inkişafından, dövlətçiliyin möhkəmləndirilməsindən, geniş əhali kütləsinin yüksək həyat səviyyəsinə nail olunmasından ibarətdir. Maliyyə öz bölgü funksiyasını, habelə müəssisələrin gəlirlərinin formalaşması və bölgüsü prosesində yerinə yetirir.

Maliyyənin digər mühüm funksiyası – nəzarət funksiyasıdır. Nəzarət funksiyası bölgü funksiyasından törəyir və hər şeydən əvvəl ümumi daxili məhsulun və milli gəlirin pul fondlarına bölgüsü və onların öz məqsədlərinə xərclənməsi üzərində nəzarətdə təzahür edir. Maliyyənin nəzarət funksiyası 2 cür həyata keçirilir: birincisi, manatla nəzarət vasitəsilə, ikincisi, maliyyə orqanlarının həyata keçirdikləri nəzarət vasitəsilə. Maliyyə nəzarətinin gələcək inkişafı, onun

(4)

səmərəliliyi xeyli dərəcədə dövlətin qanunvericilik bazasının, zamanın tələbinə uyğun təkmilləşdirilməsindən bilavasitə asılıdır. Maliyyə nəzarətini tənzimləyən normativ-hüquqi baza bu nəzarəti demokratik dövlətə xas olan keyfiyyətcə yeni səviyyədə keçirməyi təmin etməlidir. Maliyyə nəzarətinin obyekti mərkəzləşdirilmiş, yəni ümumdövlət və bələdiyyə fondlarının və mərkəzləşdirilməmiş, yəni xüsusi sektorun pul fondlarının qanunvericilikdə müəyyən edilmiş qaydalarda təşkili, bölgüsü və istifadəsini nəzərdə tutan fəaliyyət təşkil edir.

Maliyyənin bölgü və nəzarət funksiyaları təsərrüfat mexanizminin tərkib hissəsi olan maliyyə mexanizmi vasitəsilə reallaşdırılır. Maliyyə mexanizmi - maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur. Maliyyə mexanizmi özünə - dövlətdə maliyyə münasibətləri formalarını, mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması və istifadəsi qaydalarını, maliyyə planlaşdırılması metodlarını, maliyyənin idarə edilməsi formalarını və maliyyə qanunvericiliyini daxil edir.

Müasir dövrdə xüsusilə bazar iqtisadiyyatı şəraitində maliyyənin daha bir funksiyası da özünü qabarıq şəkildə göstərməkdədir. Maliyyənin tənzimləyici funksiyası, onun cəmiyyətdə mövcud ictimai münasibətlərə - iqtisadi, sosial, siyasi, ailə, mənəvi, əxlaq və s. münasibətlərin inkişafına təsir etməsində təzahür edir. Bu o deməkdir ki, ölkənin maliyyə vəziyyətindən asılı olaraq, adı çəkilən münasibətlərin pozitiv inkişafı və ya əksinə, tənəzzülü baş verə bilər. Lakin maliyyə ehtiyatlarının səviyyəsinə və onun xərc istiqamətlərinin müəyyən edilməsinə də mənfi təsir göstərən amillər vardır. Bunlar büdcə kəsiri, iqtisadi böhran, pul kütləsinin əsassız artımı, təsərrüfat fəaliyyətinin inkişafına vergi və kredit mexanizmlərinin əngəllər törətməsi və ya onların qeyri-səmərəliliyinə, nəhayət, cəmiyyətdə qeyri-stabillik və s. ola bilər.

Maliyyə menecmenti – maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə siyasətini, metodlarını, vasitələrini, eləcə də maliyyə sabitliyini və artımının təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün idarəetmə qərarlarını qəbul edən və bu qərarları praktikada həyata keçirən insanları əlaqələndirən maliyyə resurslarının idarə edilməsi sistemidir.

Maliyyə menecmenti maliyyə sisteminin bütün elementlərinə nüfuz edir və bazar iqtisadiyyatı şəraitində idarəetmə strukturunun ən mühüm tərkib hissəsi kimi çıxış edir. Maliyyə menecmentinin əsası qısamüddətli və uzunmüddətli perspektivdə maliyyə resurslarından səmərəli istifadə edilməsi amillərinin təhlilinə əsaslanan və maliyyə xidmətlərinin fəaliyyət istiqamətlərini müəyyənləşdirən maliyyə siyasətidir. Müvafiq siyasətin işlənib hazırlanması üçün maliyyə təhlilinin mənbələri dövlət maliyyə orqanlarının rəsmi hesabatları, institusional bazar strukturlarının (banklar, investisiya şirkətləri, əmtəə, fond və valyuta birjaları) informasiyası, statistik məlumatlar, sahələrarası və ölkələrarası məlumatların müqayisə edilməsi, şirkətlərin kənar istifadəsi üçün hazırlanmış maliyyə-mühasibat hesabatlarıdır. Müəssisələr səviyyəsində müvafiq maliyyə siyasətinin işlənib hazırlanması və qərarlar qəbul edilməsi üçün təsərrüfatdaxili prosesləri daha ətraflı açıqlayan daxili idarəetmə informasiyasından da istifadə edilir. Maliyyə menecmentinin məqsədləri aşağıdakılardır: şirkətin fəaliyyətinin faydalı iqtisadi

(5)

nəticəsinin maksimallaşdırılması, məsrəflər minimallaşdırılmaqla mənfəətin maksimallaşdırılması, şirkətin iqtisadi potensialının artırılması, bazarda rəqabət qabiliyyətinin təmin edilməsi, mövcud maliyyələşdirmə mənbələrindən daha yaxşı istifadə edilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yeni maliyyələşdirmə mənbələrinin cəlb edilməsi, şirkətin aktivlərinin strukturunun optimallaşdırılması, yaxın gələcəkdə şirkətin maliyyə sabitliyinin təmin edilməsi. Maliyyə menecmenti məqsədlərinə nail olmaq müvafiq idarəetmə metodlarının tətbiq edilməsi sayəsində mümkündür. Maliyyənin idarə edilməsi metodları konkret tarixi xarakter daşıyır, makro və mikro səviyyələrdə iqtisadi münasibətlər inkişaf etdikcə bu metodlar da inkişaf edir. İnkişaf etmiş bazar münasibətləri şəraitində maliyyənin idarə edilməsinin əsas metodları aşağıdakılardır: prnoqnozlaşdırma və planlaşdırma, maliyyələşdirmə və kreditləşdirmə, özünümaliyyələşdirmə, vergitutma, sığorta, lizinq, trast, faktorinq, girov, maddi həvəsləndirmə, sanksiyaların tətbiq edilməsi. Maliyyə menecmenti müəyyən maliyyə vasitələri toplusunun köməyi ilə həyata keçirilir: ilkin vasitələr – pul vəsaitləri, debitor və kreditor borcları, qısamüddətli maliyyə qoyuluşları – səhmlər və istiqrazlar; təkrar vasitələr – opsionlar, fyuçerslər, forvard kontraktları.

Şirkətdə maliyyə fəaliyyətinin idarə edilməsi xüsusi olaraq bu məqsədlə yaradılmış xidmətlər tərəfindən həyata keçirilir. Bir qayda olaraq həmin xidmətlərə maliyyə üzrə vitse-prezident və ya maliyyə direktoru rəhbərlik edir. Maliyyə xidmətinin strukturuna daxil olan bölmələr maliyyə təhlili, proqnozlaşdırma və planlaşdırma, kredit siyasəti, pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının idarə edilməsi, vergitutma və dövlət tənzimləmə orqanları ilə qarşılıqlı münasibətlər, investisiya fəaliyyəti, eləcə də şirkətin mühasibat hesabatının tərtib edilməsi ilə məşğul olurlar.

 2. Maliyyə sistemi (həlqələri, formaları) – Hər bir ölkənin inkişaf etməsi, iqtisadiyyatının sabitləşməsi və infilyasiya səviyyəsinin azaldılması üçün maliyyədən səmərəli istifadə olunması zərurət kimi meydana çıxır. Keçid iqtisadiyyatı dövrü, iqtisadiyyatın inzibati amirlik metodlarının bazar iqtisadiyyatı ilə əvəz olunmasından ibarətdir. Keçid dövrü özündən sonra güclü iqtisadiyyatın və ya iqtisadi şəraitin yaradılmasını tələb edir. Maliyyə prosesləri zəncirvari bir hərəkətdir və bütün maliyyə sistemlərini əhatə edir.

Maliyyə öz əksini onun funksiyalarında tapır. Bir çox maliyyəçi, iqtisadçıların fikrincə maliyyə 3 funksiyanı yerinə yetirir:

1. Təsərrüfatçılıq proseslərini pul vasitələri ilə təmin etmək 2. Bölgü

3. Nəzarət

Həmçinin digər iqtisadçıların fikrincə isə maliyyə yuxarıda adı çəkilən 3 funksiyadan əlavə, bu funksiyaların da öz əlavələri var. Onların fikrincə Təsərrüfatçılıq proseslərini pul vasitələri ilə təmin etmək funksiyası pul fondlarının təşkilindən ibarətdir. Bunlar aşağıdakılardır:

1. pul fondları 2. nəzarət

(6)

Maliyyə sistemi dedikdə, maliyyə münasibətləri məcmusu başa düşülür. Maliyyə münasibətləri icərisində əsas, aparıcı yeri dövlət büdcəsi təşkil edir. Büdcə özü də latın sözü olub, kisə deməkdir. Büdcə 2 növə ayrılır:

1. Ailə büdcəsi 2. Dövlət büdcəsi

Maliyyə sistemi, bütöv bir kateqoriya kimi bir-birilə qarşılıqlı əlaqəli olan müxtəlif maliyyə institutlarının məcmusudur. Maliyyə institutlarının (həlqələrinin) köməyilə dövlət pul vəsaitlərini toplayır, bölüşdürür və xərcləyir. Maliyyə sisteminin hər bir həlqəsi müəyyən qrup maliyyə münasibətlərini əhatə edir. Maliyyə sistemi – qarşılıqlı surətdə fəaliyyət göstərən və maliyyə fəaliyyətində bilavasitə iştirak edən, onun həyata keçirilməsinə yardım göstərən maliyyə qurumlarının – təşkilatlarının məcmusundan ibarətdir. Dövlət maliyyəyə rəhbərliyi həyata keçirir, müvafiq səlahiyyət verilmiş qanunverici və icraedici orqanlar vasitəsilə maliyyə fəaliyyətini tənzimləyir, istiqamətləndirir.

Maliyyə sisteminin əsas həlqələrinin qarşılıqlı əlaqəsi və bir-birindən aslılığı maliyyənin mahiyyəti ilə şərtlənir.

Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm həlqəsi olan dövlət maliyyəsi özlüyündə bir neçə fondlardan ibarətdir. Bu fondlar içərisində xüsusi yeri büdcə fondu tutur. Bunlara respublika və yerli büdcələr aiddir. Büdcə fondu ümumdövlət və ya yerli sosial-iqtisadi planlar və proqramların reallaşması, ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir. Büdcə fondu əsasən hüquqi və fiziki şəxslərdən alınan vergi və ödəmələr hesabına təşkil olunur.

Dövlət maliyyəsi ölkənin maliyyə sisteminin əsasını təşkil edir. O, hər bir ölkədə dövlətin özünün siyasi, iqtisadi və sosial vəzifələrini yerinə yetirmək üçün lazım olan pul vəsaiti ilə təmin etmək üçündür.

Büdcədən kənar məqsədli fondlar Azərbaycanda yeni hüquqi institutdur. Bunlar vaxtilə Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanunu ilə yaradılmış, indi Dövlət Əhalinin Sosial Müdafiə Fondu, 16 fevral 1994-cü il tarixli Qanunla yaradılmış Dövlət Yol Fondudur. Bu fondlar hüquqi və fiziki şəxslərin gəlirlərindən ayırmalar hesabına təşkil olunur və ciddi məqsədyönlü şəkildə də vəsaitlərdən istifadə olunur.

Qızıl - valyuta fondu Azərbaycan Respublikası Milli Bankının rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatlarıdır. Bu fonda dövlətin qızıl ehtiyatı və xarici dönərli valyuta ehtiyatları daxildir. Dövlətin qızıl ehtiyatı hökümət tərəfindən müəyyən olunmuş bank emissiyasının təminatı üçün nəzərdə tutulur. AR prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 saylı fərmanı ilə yaradılmış Dövlət Neft Fondu dövlətin maliyyə fondu hesab olunur. Bu fond respublika ərazisində və Xəzər dənizi sektorunda neft və qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrin həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi pul vəsaitlərindən səmərəli istifadə etmək məqsədilə yaradılmışdır. Dövlət Neft Fondu mahiyyət etibarilə büdcədənkənar fonddur, onun vəsaitləri respublikanın ümummilli problemlərinin həlli üçün istifadə olunur.

Yuxarıda adları çəkilən bütün bu fondlar dövlət maliyyəsi həlqəsinin tərkib hissəsini təşkil edir.

(7)

Dövlət krediti – hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi ilə əlaqədar münasibətlərdir. Bu münasibətlərdə dövlət borclu qismində çıxış edir. Beləliklə də, dövlətin daxili borcu yaranmış olur. Dövlət krediti ölkədə dövlət istiqrazları, əmanətlər kimi formalardan istifadə olunmaqla təşkil olunur.

Müəssisə, idarə və təşkilatların maliyyəsi Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm həlqələrindən biri kimi bütöv maliyyə sistemi üçün bazadır. Milli gəlir onun vasitəsilə yaradılır və maliyyə sisteminin köməyilə bölüşdürülür. Kredit fondu kredit ehtiyatlarının, yəni bankların sərəncamında olan və onların hesablarında saxlanılan, müvəqqəti olaraq sərbəst qalmış pul vəsaitlərinin təşkil olunması, hüquqi və fiziki şəxslərə əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətləri əhatə edir.

Sığorta fondu müvafiq pul ehtiyatlarının təbii fəlakət,bədbəxt hadisə və digər hallarda onun nəticələrinin aradan qaldırılması məqsədilə istifadə olunması ilə əlaqədar münasibətləri əhatə edir.

Azərbaycanda Dövlət maliyyə orqanları sistemində aparıcı mövqe Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mənsubdur. Naxçıvan MR-da Maliyyə Nazirliyi, yerlərdə isə AR Maliyyə Nazirliyinin yerli orqanları fəaliyyət göstərir. Maliyyə Nazirliyi ölkədə iqtisadi islahatların həyata keçirilməsində, maliyyə və kredit münasibətlərinin təkmilləşdirilməsində başlıca rol oynayır. Azərbaycan Respublikası Maliyyə Nazirliyin əsas vəzifələri aşağıdakılardır:

- Dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi;

- Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi;

- Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili;

- Büdcə sisteminin, büdcə-vergi proqnozlaşdırılmasının, maliyyələşdirmə mexanizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi;

- Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi və hərərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması;

- Büdcə vəsaitlərinin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi;

- Dövlət büdcəsi vəsaitlərinin idarə edilməsinin, o cümlədən bölgüsünün səmərəliliyinin təmin edilməsi.

Müasir dövrdə ayrı-ayrı milli iqtisadiyyatlar arasında asılılığın artması və beynəlxalq dövriyyədə qızıla dəyişdirilməyən kredit pulların tətbiq olunması nəticəsində valyuta məzənnəsi ayrı-ayrı milli iqtisadiyyatların inkişafının zahiri təzahürünə çevrilir, onun yeni əmək məhsuldarlığı şəraitində iqtisadi potensialını müəyyən dərəcədə əks etdirir. Valyuta məzənnəsi özünün belə bir rolu ilə istehsal sferasına güclü əks təsir göstərir.

Valyuta məzənnəsi iki ölkə valyutası arasında dəyişmə nisbətidir. Başqa sözlə, valyuta məzənnəsi hər hansı bir xarici valyutanın milli pul vahidi ilə qiymətidir. Valyuta məzənnəsi spesifik xarakterə malik pul kateqoriyasıdır və milli

(8)

iqtisadiyyatla dünya iqtisadiyyatı arasındakı qarşılıqlı əlaqəni ifadə edir. Valyuta məzənnəsi beynəlxalq tədavül sferasının elementlərindən biridir. Beynəlxalq iqtisadi əlaqələr həyata keçirilərkən iki növ qiymətlər (daxili və xarici) müqayisə edilir. Birincisi, malların müxtəlif milli dəyərləri əsasında formalaşır. İkincisi, onların beynəlxalq dəyərləri əsasında yaranır. Ayrı-ayrı ölkələrin malları beynəlxalq dövriyyəyə daxil olduqda, sanki öz üzərindən milli qiymətləri atır və əksər hallarda dünya bazarı qiyməti ilə satılır. Valyuta məzənnəsi milli əmtəə dəyərlərinin ölçüsü rolunu bilavasitə deyil, dolayı şəkildə - milli pul vahidlərinin müqayisə olunması vasitəsilə oynayır. Valyuta məzənnəsində qiymət, əmək məhsuldarlığı, əmək haqqı, istehsal xərcləri, iqtisadi inkişaf sürəti və s. iqtisadi kateqoriyalarda əksini tapır.

Milli və dünya bazarlarının dəyər gösətriciləri arasında əlaqə yaradan bir alət rolunu oynayan valyuta məzənnəsi beynəlxalq iqtisadi münasibətlərdə və geniş təkrar istehsalda fəal iştirak edir. Təşəbbüsçü iş adamı valyuta məzənnəsindən istifadə edərək öz istehsal xərclərini dünya bazarı qiymətləri ilə müqayisə edir. Bu ayrı-ayrı ölkələrə və müəssisələrə imkan verir ki, xarici iqtisadi əməliyyatların nəticələrini müəyyən etsinlər. Valyuta məzənnəsi ixrac və idxal qiymətləri nisbətinə, firmaların rəqabət qabiliyyətinə, müəssisələrin mənfəətinə müəyyən təsir göstərir.

 3. Qiymətli kağızlar bazarı və onun idarə edilməsi –

Bazar – tərkibində bir tərəfdən əmtəə və xidmətlər bazarı, digər tərəfdən isə resurslar bazarını birləşdirən mürəkkəb çoxfunksiyalı anlayışdır. Bu bazarların qarşılıqlı təsiri kredit xassəlidir və sistemin əsas hissəsi olan - dövlətin iqtisadi mexanizmini müəyyənləşdirir. Bazar iqtisadi maliyyə vəsaitlərinin istifadəsində potensial imkanlar tələb edir ki, bunun da mənbəyi maliyyə bazarıdır. Maliyyə bazarı – daim hərəkətdə olan bütün pul ehtiyyatlarının yekunudur (iqtisadi subyektlərin tələb və təklifə dəyişkən münasibətlərinin təsiri altında bölgü və yenidən bölgü zamanı). Maliyyə bazarının quruluşu haqqında tam həmrəylik yoxdur. Bəzilərinin fikrincə maliyyə bazarı qarşılıqlı əlaqədə olan üç bazardan ibarətdir:

1. qısamüddətli ödəmə vasitəsi funksiyasını yerinə yetirən nağd pullar bazarı; 2. kreditləri ssuda kapitalı bazarı;

3. qiymətli kağızlar bazarı.

Digərlərinin fikrincə isə maliyyə bazarının tərkibinə aşağıdakılar daxildir: 1. bərk kreditlər ssuda kapitalı bazarı;

2. qiymətli kağızlar bazarı; 3. valyuta bazarları.

Maliyyə bazarını qiymətli kağızlar bazarı da adlandırırlar. Qiymətli kağızlar bazarı anlayışını ümumi şəkildə qiymətli kağızların buraxılışı və dövriyyəsi ilə bağlı iqtisadi münasibətlərin məcmuusu kimi müəyyənləşdirmək olar. Qiymətli kağızlar bazarı müasir bazar iqtisadiyyatının mühüm atributlarından biridir. Qiymətli kağızlar bazarı qiymətli kağızların lazımi anda pula çevrilməsini, yəni likvid duruma gəlməsində vasitəçilik rolunu üzərinə götürür.

(9)

Qiymətli kağızlar müddətindən asılı olaraq maliyyə bazarı qısamüddətli qiymətli kağızların iştirak etdiyi pul və uzunmüddətli qiymətli kağızların iştirak etdiyi kapital bazarına bölünür. Yəni, dolayısı ilə qimətli kağızlar bazarı həm pul, həm də kapital bazarı kimi fəaliyyət göstərir. Aşağıdakı sxemdə qiymətli kağızlar bazarının maliyyə bazarında yeri göstərilib:

Pul bazarı Kapital bazarı Qimətli kağızlar bazarı

Qiymətli kağızlar bazarı – maliyyə bazarının əsas hissəsidir, alqı satqısını təmin etmək üçün fəaliyyət göstərir. Qiymətli kağızlar bazarı maliyyə bazarının səmərəli fəaliyyət göstərən başlıca elementlərindən biri olmaqla iqtisadiyyatın ayrı-ayrı sahələrinə maliyyə vəsaitlərinin operativ şəkildə axınını təmin edən və investisiyaları aktivləşdirən bir sahədir. Qiymətli kağızlar bazarı qiymətli kağızların lazımi anda pula çevrilməsini, yəni likvid duruma gəlməsində vasitəçilik rolunu üzərinə götürür.

Qiymətli kağızlar bazarı kapital formasından istehsal formasına keçməsinə kömək edir. О, bank kredit sistemini tamamlayır və onunla qaşlılıqlı əlaqədə fəaliyyət göstərir.

Kapital bazarının tərkib hissələrindən biri olan qiymətli kağızlar bazarının funksiyasını ayırmaq üçün əmtəə bazarı və maliyyə bazarı arasında kapitalın hərəkətlərinin mahiyyətini və mexanizmini müəyyənləşdirmək lazımdır. Sonuncu halda sadəcə maliyyə bazarında deyil, qiymətli kağızlar bazarında fəaliyyət göstərən kapitalın problemini ayırmaq lazımdır.

Ümumi şəkildə qiymətli kağızlar bazarı – iştirakçıların qiymətli kağızlar buraxılışı və tədavül zamanı yaranan iqtisadi münasibətlərin əsası kimi qiymətləndirmək olar. Bütün qiymətli kağızların pul kapitalından törəmədiyini nəzərə alaraq qiymətli kağızlar bazarını bütövlükdə maliyyə bazarına aid etmək düzgün olmazdı. О halda ki, qiymətli kağızlar bazarı kapitala olduğu kimi pula əsaslanır, fond bazar adlanır, məhz bu keyfiyyətdə о maliyyə bazarının əsas tərkib hissəsi kimi çıxış edir.

Qiymətli kağızlar bazarının ümumbazar funksiyalarına aiddir: 1. Kommersiya funksiyası

2. Qiymət funksiyası 3. İnformasiya funksiyası 4. Tənzimləyici funksiya

Qiymətli kağızlar bazarının səciyyəvi funksiyalarına isə aiddir: 1. Yenidən bölgü

(10)

Qiymətli kağızlar bazarının əsas hissəsi müəyyən bazarda ticarətin üsuludur. Bu nöqteyi nəzərdən qiymətli kağızlar bazarının tərkibində aşağıdakı bazarları qeyd etmək olar:

1. Birinci və ikinci dərəcəli

2. Təşkil olunmuş və təşkil olunmamış 3. Birja və birjadankənar

4. Ənənəvi və kompyuterləşdirilmiş 5. Kassa və təcili

İnkişaf etmiş ölkələrin qanunvericiliyində qiymətli kağızlar bazarı səhm və qiymətli istiqrazların hərəkəti kimi verilir. Bütün digər qiymətli kağızlar diskont bazarını təşkil edir.

Qiymətli kağızlar bazarının formalaşması üçün aşağıdakılar təmin olunmalıdır: 1. emitent və investorların sayının artırılması;

2. qiymətli kağızların hərəkətini və infrastrukturunu reqlamentləşdirən normativ sənədlərin öyrənilməsinin təşkili;

3. qiymətli kağızlarla aparılan əməliyyatların nəzarətdə olması.

Qiymətli kağızlar bazarı iqtisadi sahələrə vəsaitlərin cəlb edilməsinə təkcə yeni gəlirlərin əldə edilməsi deyil, həm də əvvəllər qazanılmış gəlirlərin qorunub saxlanması və artırılması məqsədini daşıyır. Qiymətli kağızlar bazarının köməyi ilə əsas iqtisadi operatorlar arasında: əmtəə və xidmət istehsalçıları ilə müəssisələr arasında, maliyyə vasitəçiləri ilə kredit institutları, banklar, sığorta şirkətləri, fond birjaları arasında əlaqələr daha da güclənir.

Qiymətli kağızlar bazarı ilə əlaqədar aparılan təhlilləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, müasir şəraitdə maliyyə bazarının tərkib hissəsi kimi qiymətli kağızlar bazarı maliyyə resurslarının hərəkətini təşkil etmək, onların düzgün istiqamətləndirilməsini təmin etmək, dövlətin maliyyə və pul-kredit siyasətinin əsas aləti kimi çıxış etmək və s. baxımından iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Xüsusilə də bazar iqtisadiyyatı sistemli ölkələr üçün bu bazarın inkişafı müstəsna əhəmiyyət kəsb edir.

Qiymətli kağızlar bazarının idarə olunması sistemi bu bazarın infrastrukturunun funksional, texniki və təşkilati yarımsistemləri ilə yanaşı qiymətli kağızlar bazarının fəaliyyətini təmin edir. Hər bir idarəetmə sistemi kimi, qiymətli kağızlar bazarının tənzimlənməsi sistemi onun məqsədləri, strategiyası və vəzifələrinə uyğun qurulur və iki yarımsistemdən - idarəedici yarımsistem və idarəedilən yarımsistemdən ibarətdir. Onlardan birincisi idarəetmənin subyekti, ikincisi isə obyekti kimi çıxış edir.

İdarəedici yarımsistemə aşağıdakılar daxildir:

• Qiymətli kağızlar bazarında məqsədyönlü fəaliyyət göstərən dövlət orqanları və özünütənzimləmə təşkilatları;

• Qanunvericilik infrastrukturu, yəni fond bazarına aid normativ sənədlər;

• Fond bazarının etikası;

• Adət və ənənələr.

İdarəedilən yarımsistem isə bazarın yuxarıda deyilən funksional, texniki və təşkilati infrastrukturundan ibarətdir.

(11)

Hər iki yarımsistemin öz funksiyaları var. İdarəedici yarımsistemin funksiyalarına bazarda baş verən proseslərin əlaqələndirilməsi, tənzimlənməsi, proqnozlaşdırılması, həvəsləndirilməsi, təşkili və nəzarəti aid edilir. İdarəedilən yarımsistemin, yəni idarəetmə obyektinin funksiyaları isə maliyyə resurslarının axınının təşkili, qiymətli kağızların keyfiyyətinin təmin olunması və bazarın informasıya təminatı əhatə edir.

Bazarın idarə olunması prosesi informasıyanın qəbul olunması, ötürülməsi, işlənməsi və istifadə olunmasını nəzərdə tutur. Bu vəzifənin həlli müasir hesablama texnika və texnologiyasının tətbiqinə, lokal qiymətli kağızlar bazarına xidmət göstərən telekommunikasiya sistemlərinin inkişafına əsaslanır.

Hər bir sistemin idarəedilməsi prosesinin həlledici məqamı məqsədin müəyyən edilməsidir. Qiymətli kağızlar bazarının idarə edilməsi sisteminin məqsədi bazarın sabitliyinin, tarazlığının və səmərəliliyinin təmin edilməsidir. Lakin bununla iş bitmir. Məqsədin müəyyən edilməsi ilə bərabər bazarın idarəedilməsi prosesi tənzimləmə mexanizminin yaradılmasını da daxil edir. Tənzimləmə mexanizminə isə idarəetmə vasitələri, hüquqi, normativ və informasiya təminatı daxildir. Dövlət tənzimlənməsi ilk növbədə normativ-hüquqi aktlara əsaslanır. Hüquqi təminat qanunvericilik aktları, fərmanlar, qərarlar, sərəncamlar və idarəetmə orqanlarının digər hüquqi sənədlərini əhatə edir. Normativ təminata təlimatlar, normativlər, normalar, metodik göstərişlər və izahatlar, həmçinin bazarın peşəkar iştirakçıları təşkilatların təsdiq etdiyi qaydalar aiddir. İnformasiya təminatına müxtəlif növ iqtisadi, kommersiya, maliyyə və s. informasiya daxildir.

Əlbəttə ki, ölkəmizdə hal-hazırda mövcud olan normativ-hüquqi bazanı fond bazarının yüksək inkişaf etdiyi ölkələrdəki qiymətli kağızlar üzrə qanunvericilik aktlarının çoxcildlik külliyatı ilə müqayisə etmək yersiz olardı. Ölkəmizdə qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi üzrə başlıca sənədlərə Azərbaycan Respublikası Mülki Məcəlləsini, "Qiymətli kağızlar haqqında", "İnvestisiya fondları haqqında" və b. qanunları, QKDK-ın normativ sənədlərini aid etmək olar. İlkin bazar mərhələsində dövlət tənzlmlənməsi emissiya prospektlərinin dövlət qeydiyyatı və bazarın peşəkar iştirakçılarının attestasiyası, onların bazar fəaliyyətinin lisenziyalaşdırılması vasitəsilə qiymətli kağızların tədavülə buraxılmasının vahid qaydalarının təmin edilməsinə yönəlmişdir.

İkinci bazarda isə dövlət nəzarəti bazarının peşəkar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırlması və qiymətli kağızlar bazarında müəyyən fəaliyyət növlərinin həyata keçirilməsinə hüquq verən ixtisas attestatlarının verilməsi, həmçinin antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət vasitəsilə baş verir.

Qiymətli kağızlar bazarının tənzimlənməsi fond əməliyyatlarının keçirilməsini nizamlaşdırmağa, onları müəyyən qayda və tələblərə tabe edilməsinə imkan verən konkret metod və üsulların vahid sistem şəklində birləşdirilməsidir. Bu, qiymətli kağızlar bazarının bütün iştirakçılarının qarşılıqlı maraqlarının tarazlığının qüvvədə olan qanunvericilik çərçivəsində təmin edilməsi mexanizmidir.

Qiymətli kağızlar bazarının tənzimlənməsinin bir neçə metodu məlumdur:

• Qiymətli kağız buraxılışının, emissiya prospektlərinin qeydiyyatı;

• Bazarın peşəkar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırılması;

(12)

• İnvestorların sığortalanması;

• Emitentlərin maliyyə vəziyyətinə auditor və reytinq nəzarəti;

• Fond əməliyyatlarının keçirilməsinə nəzarət;

• Mübadilə və klirinq korporasiyalarının qeydiyyatı və fəaliyyətlərinə nəzarət;

• Qüvvədə olan qanunvericiliyə əsasən informasiyanın açıqlanması və dərc olunması.

Dünya təcrübəsində qiymətli kağızlar bazarının tənzimlənməsin iki modelindən istifadə olunur.

Birinci modelə görə fond bazarının tənzimlənməsi dövlət orqanları tərəfindən keçirilir. Nəzarət, yoxlama qaydaların müəyyən edilməsi üzrə səlahiyyətlərin kiçik qismini dövlət qiymətli kağızlar bazarının peşəkar iştirakçıları birliklərinə həvalə edir.

İkinci modelə görə əsas nəzarət mövqelərinin dövlətin əlində qalması ilə yanaşı səlahiyyətlərin mümkün olan maksimal həcmini özünütənzimləmə təşkilatlarına (qiymətli kağızlar bazarının peşəkar iştirakçıları birliklərinə) ötürülür. Nəzarətin təşkili və həyata keçirilməsində əsas yer sərt göstərişlərə deyil, formalaşmış ənənələrə, razılaşdırma və danışıqlara verilir.

Azərbaycanın fond bazarı bu sahənin baş orqanı olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, həmçinin Milli Bankın mühüm tənzimləyici rolu üzərində qurulmuşdur. Milli Bank kommersiya banklarına qiymətli kağızlar bazarında fəaliyyət hüququ verir və fəaliyyətə nəzarət edir. Eyni zamanda, Milli Bank dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə baş agent kimi çıxış edir. Lakin, onların buraxılışına tam həcmdə və vaxtında geri alınmasına görə məsuliyyət Maliyyə Nazirliyinin üzərinə düşür. Yerli (bələdiyyə) qiymətli kağızların buraxılışı haqqında qərar "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və bələdiyyələrin nizamnamələrinə müvafiq qəbul olunur, buraxılışın tənzimlənməsi isə QKDK tərəfindən həyata keçirilir.

Təsərrüfatçılığın bazar əsaslarına keçilməsi ilə təkcə müəssisə rəhbərlərinin deyil, idarəetmədə ikinci dərəcəli rol oynayan maliyyə menecerlərinin də rolu son dərəcə artır. Maliyyə mənbələrinin axtarılıb tapılması və təmərküzləşdirilməsi, daha səmərəli istiqamətlərə yönəldilməsi, qiymətli kağızlarla aparılan əməliyyatlar və maliyyə menecmentinin digər cəhətləri bazar iqtisadiyyatı şəraitində müəssisələrin maliyyə xidmətləri üçün həlledici məsələlərdir.

Maliyyə menecmentinin düzgün təşkili ən sərfəli şərtlərlə əlavə maliyyə ehtiyatları cəlb etməyə, onları daha böyük səmərə ilə investisiya qoyuluşuna yönəltməyə, maliyyə bazarında qiymətli kağızlar alıb-satmaqla gəlirli əməliyyatlar həyata keçirməyə imkan verir. Sonuncu məsələ inkişaf etmiş müəssisələr üçün çox mühüm əhəmiyyət kəsb edir. Maliyyə bazarında uğurlu əməliyyatlar aparmaq hərtərəfli bilik, zəngin təcrübə və erudisiya tələb edir.

Müəssisələrdəki maliyyə xidməti işçiləri maliyyə bazarını öyrənməli, qiymətli kağızların müxtəlif növlərinə olan tələbi, bazarın fəaliyyətində baş verə biləcək dəyişiklikləri təhlil etməlidirlər.

(13)

 4. Maliyyə menecmentinin planlaşdırılması – Bazar iqtisadiyyatı şəraitində biznesin idarə edilməsi xeyli mürəkkəbləşir. İstehsal fondlarının genişlənməkdə olan dövriyyəsinin maliyyə ehtiyatları ilə fasiləsiz və tam təminatı üçün planlaşdırma son dərəcə vacib bir işdir. Biznesin planlaşdırılması sistemində maliyyə planlaşdırması mühüm yer tutur, lakin bu, köhnə iqtisadi sistemdəki planlaşdırmadan köklü surətdə fərqlənir. Burada söhbət mərkəzləşdirilmiş qaydada müəyyən olunan planlardan deyil, demokratik prinsiplərə əsaslanan, çoxukladlı mülkiyyət formaları şəraitində fəaliyyət göstərən müəssisələrin özlərinin müəyyən müddət üçün sərbəst tərtib etdikləri planlardan gedir.

İnkişaf etmiş ölkələrdə biznes planı əhatə dairəsindən asılı olmayaraq bütün müəssisələrdə tutulur və onların fəaliyyət istiqamətlərini müəyyənləşdirir. İqtisadi inkişaf səviyyələri nə qədər yüksək olsa da, həmin ölkələrdə maliyyə planlaşdırması öz əhəmiyyətini itirmir və daim təkmilləşməkdə davam edir.

Maliyyə və təsərrüfat azadlığı şəraitində müəssisələr planlaşdırmadan öz fəaliyyətlərinin səmərəsini daha da yüksəltmək məqsədilə istifadə edirlər. Buna görə də maliyyə planlaşdırması prosesində müəssisənin daxili ehtiyatlarının daha da çoxaldılmasına, istehsal güclərindən daha yüksək məhsuldarlıqla istifadə olunmasına, material, əmək və pul ehtiyatlarının daha rentabelli şəkildə işlədilməsinə, istehsalın ən yaxşı təşkilinə və s. xüsusi diqqət yetirilir.

Bazar münasibətlərinə keçid maliyyə planlaşdırılması metoduna əsaslanır. Xatırladaq ki, keçid dövründə mülkiyyət münasibətləri dəyişir, istehsal prosesində çətinliklər yaranır. Bazarın yaxın gələcəkdəki vəziyyəti və müəssisənin fəaliyətinin bazar dinamikasına uyğunluğu yetərincə dəqiq hesablanarsa, onda daha uzaq perspektivdə baş verə biləcək prosesləri də proqnozlaşdırmaq olar. Buna görə də maliyyə planlaşdırması bir tərəfdən müəssisənin yaxın gələcək üçün maliyyə göstəricilərinin dəqiq hesablanmasını, digər tərəfdən isə inandırıcı və çoxtərəfli xarakter daşıyan proqnoz hesablamalarını əhatə edir.

Birillik müddəti əhatə edən maliyyə prosesləri müəssisənin gəlirlər və xərclər balansı formasında əvvəlcədən pul hesabı ilə qurulan maliyyə planında göstərilir. Bu balans müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi bütün gəlirləri, yığımları və məsrəfləri əks etdirir. Belə bir planın tərtib edilməsi müəssisənin fəaliyyətinin bütün tərəflərinin nəzərə alınmasını, bu zaman istehsal, məişət, investisiya, sosial sahə və s. ilə bağlı olan müvafiq göstəricilərdən istifadə olunmasını tələb edir.

Ümumi maliyyə nəticələrini, mənfəət və zərərləri, həmçinin buraya daxil olan büdcəyə və büdcədənkənar fondlara ödənişləri, ehtiyat fondunun böyüklüyünü, xalis mənfəəti, maliyyə bazarında toplanmış maliyyə ehtiyatlarını və onlardan istifadə istiqamətlərini yalnız bu məlumatlar əsasında dəqiq hesablamaq mümkündür.

Bu balansı hazırlayarkən müəssisələrin maliyyə xidmətləri bir sıra prinsiplərə, göstəricilərə və maliyyə normalarına əməl etməlidirlər. İlk növbədə maliyyə göstəriciləri və normaları hesablanır, onlar başqa plan göstəriciləri ilə əlaqələndirilir. Məsələ burasındadır ki, iqtisadiyyatın mərkəzləşdirilmiş amirlik sistemi ilə idarə olunduğu keçmiş dövrdən fərqli olaraq bazar iqtisadiyyatı şəraitində əsas maliyyə göstəricilərini və normalarını araşdırmağa yardımçı ola

(14)

biləcək konkret və dəqiq göstəriciləri müəyyənləşdirmək mümkün deyil. Bir çox göstəricilər bazarın diktəsi ilə müəyyənləşdirilir. Maliyyə planlaşdırılması zamanı cari dəyər, gələcək dəyər, inflyasiya səviyyəsi kimi göstəricilər böyük önəm kəsb etsə də, onlar bazar səviyyəsinin təsiri ilə tez-tez dəyişilir. Borc vəsaitləri norması (leverage ratio), likvidlik, rentabellilik və gəlirlilik normaları, bazar dəyəri norması kimi maliyyə normalarını bilmədən korporasiyalarda maliyyə planlaşdırmasını səmərəli şəkildə həyata keçirmək mümkün deyil. Borc vəsaitləri norması şirkətin börc yükünün nə qədər olduğunu bildirir. Bu norma uzunmüddətli borcların və lizinq dəyərinin uzunmüddətli borcların məbləğinə, lizinqin və səhmin (yaxud uzunmüddətli borcların) dəyərlərinin səhmin dəyərinə olan nisbəti ilə müəyyən edilir. Likvidlik norması şirkətin mövcud aktivləri hansı tezliklə nağdlaşdıra biləcəyini göstərir. Bu göstərici xalis cari aktivlərin ümumi aktivlərə, yaxud cari aktivlərin cari öhdəliklərə nisbəti ilə tapılır. Rentabellilik və gəlirlilik norması müəssisə aktivlərinin səmərəliliyini və gəlirlilik səviyyəsini göstərir. Bu istiqamət üzrə müxtəlif göstəricilər hesablanır. Bazar dəyəri norması investorların müəssisə aktivlərini qiymətləndirmə səviyyəsini əks etdirir. Bu norma bir səhm dividendinin aksiyanın dəyərinə, yaxud səhmin dəyərinin bir səhmin balans dəyərinə nisbəti ilə ölçülür. Maliyyə göstəricilərinə və normalarına dair məlumatların hesablanması üçün müxtəlif iqtisadçılar bu istiqamətdə maliyyə planının ayrı-ayrı göstəricilərinin səviyyəsini müxtəlif bucaqlardan əks etdirən müxtəlif norma və göstəricilər təklif edirlər.

Maliyyə göstəriciləri haqq-hesaba vurulandan sonra bütövlükdə bir neçə istiqamət əsasında tərtib olunan maliyyə planının layihəsi hazırlanır:

1. Gəlirlər və vəsaitlərin daxil olması. Buraya banklardan və dövlətdən

alınmış vəsaitlərdən başqa, müəssisənin bütün maliyyə ehtiyatları daxildir.

2. Xərclər və vəsaitlərin ayrılması. Bu bölmədə istehsalın

genişləndirilməsində, iqtisadi stimullaşdırmada, əməliyyat və digər xərclərdə maliyyə ehtiyatlarından istifadə olunması əks etdirilir.

3. Müəssisənin bank idarələri ilə kredit münasibətləri. Burada banklardan

alınmış ssuda, onların qaytarılması, kreditlərdən istifadəyə görə faizlərin ödənilməsi əks etdirilir.

4. Müəssisənin büdcə və büdcədənkənar fondlarla münasibətləri. Bu

bölməyə göstərilən fondlara vergi ödənişləri, müəssisənin aldığı maliyyə yardımı və başqa məlumatlar daxil edilir.

5. Ayrı-ayrı maliyyə normalarının və göstəricilərinin hesabları,

inflyasiyanı, şirkətin gələcək dəyər səviyyəsini nəzərə almaqla adı çəkilən norma və göstəricilərin plan ilinin şərtlərinə uyğunlaşması.

Biznes planı uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli maliyyə planlaşdırılması kapitala tələbin, daha doğrusu, kredit mənbələrinin müəyyən edilməsini, kapitala tələbin həcminə təsir edən amillərin və maya dəyərinin təhlilini, həmçinin investisiya planını (istehsal xərclərinin və mənfəətin müqayisəli təhlili, rentabellilik və öz xərclərini ödəmə müddətləri) və balansın likvidlik göstəricilərini əhatə edir. Qısamüddətli maliyyə planlaşdırılması ümumi gəlirləri, xərcləri, xalis mənfəəti, kredit planını, investisiya və likvidlikliyin təmin olunması planlarını özündə əks etdirir.

(15)

Həm uzunmüddətli, həm də qısamüddətli maliyyə planlarının tərtibi zamanı müəyyən prinsiplərin gözlənilməsi tələb olunur. Buraya ödəmələrin və daxilolmaların müddətlərinin uyğunluğu (buna «qızıl bank qaydası» deyilir), daimi ödəmə qabiliyyəti, investisiyaların rentabelliyi, riskin tarazlığı, bazar şəraitinə uyğunlaşma və rentabelliliyin məhdud səviyyəsi prinsipləri aiddir.

Biznes planı, bundan əlavə, digər konkret planları da əhatə edir. Bu planlar müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin bütün sahələri ilə əlaqəli şəkildə tərtib oluna bilər. Belə planlar kommersiya və istehsal müəssisələrində bir qədər fərqli tərtib olunsa da, bütövlükdə onların hamısı gəliri proqnozlaşdırmaqla gəlir və xərcləri müəyyən etmək məqsədi daşıyır. Bundan sonra maliyyə planının bölmələri uzlaşdırılır və şirkət rəhbərinin təsdiqinə verilir.

Maliyyə planlaşdırılması maliyyənin idarə edilməsinin mühüm elementi kimi çıxış edir. Maliyyə planlaşdırılmasının obyekti dövlətin və təsərrüfat subyektlərinin maliyyə fəaliyyətidir. Onun nəticəsi isə maliyyə planlarının (ayrı-ayrı idarələrin smetalarından başlamış dövlətin icmal maliyyə balansınadək) tərtibidir. Hər bir planda müəyyən dövrə gəlir və xərclər, bütün maliyyə və kredit sisteminin həlqələri ilə ödəniş və hesablaşmalar üzrə qarşılıqlı əlaqələr müəyyən edilir.

Maliyyə sisteminin bütün həlqələri maliyyə planına malikdir. Maliyyə planının formaları, onun göstəricilərinin tərkibi maliyyə sisteminin müvafiq həlqəsinin spesifikliyini əks etdirir. Belə ki, kommersiya əsasında fəaliyyət göstərən müəssisələr gəlirlər və xərclər balansı; qeyri-kommersiya fəaliyyətini həyata keçirən idarələr smeta; kooperativ təşkilatları, ictimai birliklər və sığorta şirkətləri maliyyə planları, dövlət hakimiyyəti orqanları büdcələr tərtib edirlər.

Maliyyə planlaşdırılmasında iqtisadi inkişafın bu və ya digər mərhələsində həyata keçirilən maliyyə siyasətinin tələbləri əsas götürülür. Bu halda plan tapşırıqlarını yerinə yetirmək üçün pul vəsaitinin həcmi və onun mənbələri müəyyən edilir, gəlirlərin artırılması və xərclərə qənaət aşkar edilir, mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş fondlar arasında vəsaitin bölgüsünün optimal nisbətləri müəyyən edilir.

Maliyyə göstəricilərinin proqnoz və plan hesablamaları müxtəlif metodlardan istifadə etməklə həyata keçirilir. Onlardan ən əhəmiyyətlisi ekstrapolyasiya, normativ, riyazi modelləşdirmə metodlarından ibarətdir. Ekstrapolyasiya metodunda maliyyə göstəriciləri onların dinamikasını aşkar etmək əsasında müəyyən edilir, hesablamada hesabat dövrünün göstəricilərindən istifadə olunur. Normativ metod müəyyən edilmiş norma və normativlərdən istifadəyə əsaslanır. Riyazi modelləşmə metodu real iqtisadi-sosial proseslərdə maliyyə modelinin qurulmasından ibarətdir.

Maliyyə resurslarının formalaşması mənbələri ilə birlikdə onların istifadəsi istiqamətlərini uyğunlaşdırmaq, maliyyə planının bütün bölmələrini öz aralarında ələqələndirmək üçün balans metodu tətbiq edilir.

Maddi istehsal sahələrində planlaşdırma zamanı geniş forma ilə birlikdə gəlir və xərclər balansı – ixtisar edilmiş forma da (kiçik və orta müəssisələr üçün) maliyyə planı tərtib edilir.

Maliyyə planının tərtib olunmasının məqsədi maliyyə göstəricilərinin qısa, orta və uzun müddətə proqnozlaşdırılması əsasında maliyyə vəsaitlərinin, kapital və

(16)

ehtiyatların mümkün həcminin müəyyən olunmasıdır. Maliyyə planının əsas strategiyası təsərrüfatçılıqla məşğul olan subyektlərdə mənfəətin mənbələrinin və məsrəflərin istiqamətlərinin müəyyənləşdirilməsidir. Müasir dövrdə firma maliyyə planından istifadə edərək sərəncamında qalan xalis mənfəətdən necə istifadə olunmasını özü müəyyənləşdirir.

Qoyulan məqsəddən asılı olaraq müəssisələrdə maliyyə planları bir qayda olaraq 5 illik, 1 illik və rüblük hazırlanır. Lakin bəzi hallarda uzun müddətli strateji maliyyə planları da işlənib hazırlanır. Buna müvafiq olaraq perspektiv, cari və operativ planlar mövcuddur.

Maliyyə planı işlənib hazırlanarkən əvvəlki dövrün maliyyə hesabatları məlumatlarından istifadə edilir. Bu kompaniyanın maliyyə vəziyyətini təhlil etmək üçün zəruridir. Çünki, belə təhlil arzuolunmaz kənarlaşdırmaları arzu etməyə və planda analitik ümumiləşdirmələrin nəticələrini uçota almağa imkan verir.

Maliyyə planlaşdırılmasının müasir praktikasında fərqlənən digər mühüm cəhət illik planların və operativ göstəricilərin eyniyyat təşkil etməsidir. Daha doğrusunu desək illik planlar vaxta görə də daha qısa müddətli planlara bölünür.

Planı işləyib hazırlayarkən fəaliyyət istiqamətlərini, təsərrüfat, investisiya, maliyyə istiqamətlərinin dəqiq hüdudunu müəyyən etmək lazımdır. Bu, pul axılarının idarə edilməsinin səmərəliliyini yüksəldir. Həmçinin konkret təsərrüfatçılıq şəraitindən (rüblük, illik və ya daha çox) asılı olaraq planlaşdırma intervalını qabaqcadan müəyyən etmək də lazımdır.

Maliyyə siyasəti

Maliyyə siyasəti – Maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin (dövlət və bələdiyyə idarələrinin pul fondları) yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin onların orqanlarının timsalında sistematik fəaliyyətidir.

Maliyyə siyasəti həm də kateqoriya adlandırıla bilər. Bu termin adətən maliyyə menecmenti ilə məşğul olan iqtisadçılar tərəfindən tətbiq edilir. Yəni, onu maliyyə menecmenti metodu aləti və məqsədi kimi götürülən maliyyə münasibətlərinin sosial-iqtisadi mahiyyəti kimi götürsək kateqoriya kimi qəbul etməliyik.

Maliyyənin məqsədi - gələcəkdə maliyyə fəaliyyətinin ən ideal nəticələridir. Maliyyə siyasətinin məqsədi isə - dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsidir.

Maliyyə siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur.

Maliyyə siyasətinin çatışmamazlıqları

Hal-hazırda maliyyə siyasətinin çatışmamazlıqları daha kəskin nəzərə çarpır və bu respublikamızın sosial-iqtisadi inkişafını ləngidən amilə çevrilir. Bu çatışmamazlıqlar aşağıdakıladır:

• Maliyyə siyasətinin doqmatik xarakter daşıması (təşəbbüskarlığın olması) və ölkənin inkişaf şəraitinin dəyişməsinə dərhal reaksiya vermək qabiliyyətinin olması.

(17)

• Strateji xarakter daşıyan konsepsiyaların işlənib hazırlanması.

• Qısa müddətdə xeyir götürmək xətrinə az əsaslandırılmış taktiki tədbirlərin həyata keçirilməsi.

• Maliyyə siyasətinin xalq təsərrüfatının faktiki vəziyyətindən ayrılması.

• Maliyyə fəaliyyənin əsas təlabatından vəsaitə görə yaşayıb fəaliyyət göstərmək qaydasından sərf nəzər edilməsi.

• Vətəndaşların sosial tələbatlarının ödənilməsi üçün maliyyə bazası müəyyən edilərkən qalıq metodundan istifadə edilməsi.

 5. Maliyyə menecmentinin nəzarəti (audit yoxlamaları) – Sosial-iqtisadi proseslərin inkişaf etdikləri bir şəraitdə xalq təsərrüfatının idarə edilməsində, xüsusən bazar iqtisadiyyatı şəraitində nəzarət etmək əsas məsələlərdən biridir.

Hazırda nəzarət respublikamızın qanunverici və icra orqanları, maliyyə orqanları, vergi idarələri, Milli Bankı, Nazirlik və idarələrin ixtisaslaşdırılmış inspeksiyaları, Dövlət Statistika komitəsi və digər dövlət idarəetmə orqanları tərəfindən həyata keçirilir.

Nəzarət sistemi içərisində əsas yeri maliyyə nəzarəti tutur. Maliyyə nəzarətinin dövlətin maliyyə siyasətinin müvəffəqiyyətlə reallaşdırılmasında, maliyyə ehtiyatlarından xalq təsərrüfatının bütün sahələrində effektli istifadə edilməsini təmin etmək prosesində əhəmiyyəti böyükdür. Bazar iqtisadiyyatına keçid dövründə maliyyə nəzarətinin rolu daha da artır.

Maliyyənin nəzarət funksiyasının reallaşması forması maliyyə nəzarəti hesab edilir. O, maliyyə nəzarətinin məzmununu və təyinatını müəyyən edir. Nəzarətin məzmunu, istiqaməti məhsuldar qüvvələrin inkişaf səviyyəsindən və cəmiyyətin istehsal münasibətlərindən asılı olaraq dəyişir. Maliyyə nəzarəti - xüsusi forma və üsul tətbiq etməklə təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanılması məcmusundan ibarətdir. Maliyyə nəzarəti həyata keçirmək üçün yüksək ixtisaslı mütəxəssislərdən ibarət kompletləşdirilmiş xüsusi nəzarət təşkilatları və ya qrupları yaradılır. Onların hüquq və vəzifələri qüvvədə olan qanunlara uyğun olaraq müəyyən edilir.

Maliyyə nəzarəti - nəzarətin xüsusi sahəsi olub dəyər dərəcəsində istifadəsi ilə əlaqəli, məqsədəuyğun istiqamətdə müəyyən tətbiq sahəsinə malikdir.

İqtisadi idarəetmənin ən vacib ünsürlərindən sayılan nəzarət və uçot bazar münasibətlərində daha aktiv xarakter daşıyır. İnzibati qaydada tətbiq edilən, ümumi nəzarətdən imtina etməyə səy edən hər bir firma və təsərrüfat rəhbəri sərbəst təsərrüfatçılıq şəraitində ayrı-ayrılıqda təsərrüfatdaxili idarəetmə nəzarətindən necə istifadə etməyin yollarını axtarır. Bu zaman uçot və hesabat məlumatlarının öyrənilməsi və hesabat məlumatlarının öyrənilməsi, balans rəqəmlərindən istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə auditor xidmətinə istinad edilməsi vacibdir. Audit fəaliyyətinin zəruriliyi bir sıra nəzəri prinsiplərə əsaslanır və dərin köklərə malikdir. Azad bazar iqtisadiyyatında dövlətlə sahibkar arasında, sahibkarlarla idarəedici (menecer) arasında təsərrüfat-

(18)

maliyyə prosesi üzrə etibar və məsuliyyət zəmanəti olmalıdır ki, bu məsul işi də yalnız audit vasitəsilə icra etmək mümkündür.

Maraqlı işgüzar tərəflərin manafeyini təmin edən audit (ekspert) yekun arayışının hazırlanmasında müxtəlif test sistemindən və yoxlama metodologiyasından istifadə edir. Bu və ya digər sistemin tətbiqi və yaxud onun elementlərindən istifadə edilməsi verilən sifarişdən və tərəflərin maraq dairəsindən asılıdır.

Audit müstəqil təftiş keyfiyyətinə malik olsa da, onun fəaliyyəti yalnız mühasibat və maliyyə hesablarının yoxlanılması ilə məhdudlaşa bilməz. Audit fəaliyyətin inkişafı tarixinə nəzər saldıqda, onun dərin tarixi köklərə və böyük inkişaf yoluna malik olduğunu müşahidə etmək olar. Qeyd etmək lazımdır ki, onun mövcudluğu hər şeydən əvvəl mülkiyyət münasibətləri ilə bağlıdır. Audit latın sözü olub avdio-sözündən götürülmüşdür, mənaca isə eşidirəm deməkdir. Lakin bu gün ETT-nin inkişafı ilə əlaqədar olaraq audit təkcə eşidirəm yox, həm də görmək, dərin iqtisadi təhlil aparmaq, analitik nəticələr əldə etmək və ümumiləşdirmək qabiliyyətinə malik olmalıdır.

Tədqiqatçıların fikrinə görə audit fəaliyyəti XII - XIII əsrlərə təsadüf edir və bu peşəkar fəaliyyət növünün birinci dəfə İngiltərədə rəsmən elan edilməsi qeyd olunur. Audit fəaliyyətinin struktur formalaşması XVIII əsrin sonundan başlamışdır. Bu forma İEÖ-də geniş yayılmışdır (ABŞ, AFR, İngiltərə). Dünyada “Artur Anderson”, ”Mak Kinzi”, ”Kuperz End Laybrand” və s. auditor təşkilatları ən məşhurdur. MDB ölkələrində ilk dəfə 1987-ci ildə yaradılıb.

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesablarının müstəqil yoxlanılmasıdır. Audit yoxlanılması məcburi və ya könüllü ola bilər. Audit 2 formaya ayrılır: firmadaxili və kənar.

Firmadaxili audit - firma daxilində və eyni zamanda filiallarında audit xidmətlərini həyata keçirərəkən firmanın mərkəzi rəhbər kimi fəaliyyət göstərir. Kənar audit - xüsusi audit firması dövlət vergi idarəsi, idarə və müəssisələr ilə və s. Mənfəətbərdar olanlar, banklar, xarici partnyorlarla səhmdar və sığorta cəmiyyətləri ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Əsas vəzifələri yoxlanılan obyektlərdə maliyyə hesabatlarının düzgünlüyünü təyin etmək və həmçinin təsərrüfat fəaliyyəti və kommersiya nəticələrinin yaxşılaşdırılması üçün tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir.

 6. Dövriyyə vəsaitlərinin idarə olunması – Dövriyyə vəsaitləri (aktivləri) – bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsal, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir (kassada və bankda olan pul vəsaitləri, tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsidir). Dövriyyə vəsaitləri - istehsal dövriyyə fondları ilə tədavül fondlarının cəmindən ibarətdir. Bu nisbət 4:1-ə bərabərdir.

(19)

Bəllidir ki, beynəlxalq mühasibat standartlarına görə hər bir müəssisənin aktivləri 4 qrupdan – əsas vəsaitlər, dövriyyə vəsaitləri, kapital qoyuluşları, qeyri-maddi aktivlərdən ibarət olur.

Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri amortizasiya edilən və təsərrüfat prosesində istifadə olunan aktivlər – avadanlıq, bina və s.- dir. Kapital qoyuluşları – uzunmüddətli qiymətli kağızlara, yeni əsas vəsaitlər yaradılmasına və s. yönəldilən vəsaitlərdir.

Qeyri-maddi aktivlər – fiziki subsidiyaya malik olmayan, ancaq dəyərə malik olan uzunmüddətli aktivlərdir.

Dövriyyə vəsaitləri – nominal davam edən istehsal tsikli, istehsal tsikli bir ildən az olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa və başqa vəsaitlərdir. Normal istehsal tsikli isə istehsala yönələn vəsaitlərin yenidən nağd pula çevrilməsi üçün lazım olan orta müddətdir.

Beləliklə, dövriyyə vəsaitlərini bir il müddətində istifadə edilən və yenidən nağd pula çevrilən vəsaitlər kimi xarakterizə edə bilərik.

Dövriyyə vəsaitlərinin yaranma mənbələri

Dövriyyə vəsaitləri yaranma mənbələrindən asılı olaraq xüsusi, borc və cəlb olunmuşlara bölünür.

Xüsusi dövriyyə vəsaitləri nizamnamə (bölünməz) kapitalına aiddir. Bundan əlavə onlar şərti olaraq xüsusi vəsaitlərə bərabərləşdirilən mənbələr hesabına, daha doğrusu möhkəm passivlər hesabına da yaradılır. Xüsusi dövriyyə vəsaitlərinin mənbəyi balansın passiv tərəfində birinci bölmədə əks olunur.

Xüsusi dövriyyə vəsaitlərinin mənbəyinə – dövriyyə vəsaitlərinin artırılmasına yönəldilmiş mənfəətdən (xalis gəlirdən) ayırmalar, həmçinin dövriyyə vəsaitlərini artıran digər daxilolmalar, əsas vəsaitlərin ləğv edilməsindən daxil olan material qiymətlilərin dəyəri, iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fondların vəsaitləri, dövriyyə vəsaitlərinin tamamlanmasına yönəldilən məqsədli maliyyələşmələr və s. aiddir.

Möhkəm passivlərə təsərrüfatın dövriyyəsində fəaliyyətdə olan aşağıdakı vəsaitlər aiddir: əmək haqqı üzrə minimum borclar, sosial sığortaya ayırmalar üzrə minimum borclar, qarşıdakı xərclərə və ödəmələrə ehtiyatlar, təsərrüfat üsulu ilə yerinə yetirilən əsaslı təmir üçün material ehtiyatlarının yaradılmasına ayırmalar, dövriyyə vəsaitlərinin tamamlanması üçün müvəqqəti istifadə edilən vəsait, müvəqqəti sərbəst olan iqtisadi həvəsləndirmə və xüsusi təyinatlı fond vəsaitləri. Borc dövriyyə vəsaitinə – əsasən kreditlər, cəlb olunan – resurslara isə malgöndərənlərə borc və s. kreditorlar, maliyyə orqanlarına borc və s. aiddir.

Müvəqqəti sərbəst pul vəsaitlərinin idarə edilməsi – müvəqqəti sərbəst pul vəsaitlərindən qiymətli kağızlarla qısamüddətli, əlavə mənfəət əldə edilməsinə yönəlmiş əməliyyatlar aparılması üçün istifadə edilməsi ilə bağlı tədbirlər kompleksi müvəqqəti sərbəst pul vəsaitlərinin idarə edilməsi dövriyyəsinin həcmi çox olan iri müəssisələr üçün xüsusilə aktualdır.

Pul vəsaitləri likviddir, lakin onlar faiz gətirmir. Qiymətli kağızlar faiz gətirmir, lakin onlardan bilavasitə tədiyyə vasitəsi kimi istifadə etmək olmaz.

(20)

Maliyyə meneceri çalışmalıdır ki, onun sərəncamında olan pul vəsaitləri likvidlik üçün məsrəflərin yuxarı həddinin qiymətli kağızlar üzrə alına biləcək faizlərə bərabər olduğu nöqtəni aşmasın.

Əslində pul vəsaitləri müəssisənin biznesi idarə etməsi üçün zəruri olan “xammal” növlərindən yalnız biridir. Kapital faiz gətirə biləcəyi halda onu “bağlı saxlamaq” baha başa gəlir. Ümumiyyətlə, sərbəst pul vəsaitlərini nə üçün bank hesabında saxlamaq lazımdır? Onları yalnız hesablaşmalar aparılması üçün zəruri olduqda sifariş etmək olmazmı? Axı hər dəfə xırda sifarişlər vermək baha başa gəlir. Həddən artıq pul vəsaitləri ehtiyatlarının saxlanması ilə (bu halda həmin pulların gətirə biləcəyi faizlər itirilir) həddən artıq kiçik ehtiyatların çox tez-tez yeniləşdirilməsi (əlavə inzibati xərclər çəkməklə) arasında balans tapmaq lazımdır. Əgər faiz dərəcəsi yüksəkdirsə, müəssisə pul vəsaitlərinin nisbətən kiçik ehtiyatlarını saxlamağa çalışacaqdır. Əgər müəssisənin pul vəsaitlərinə tələbatı variasiya edirsə və inzibati xərclər çoxdursa, müəssisə nisbətən sanballı pul ehtiyatları saxlamağa çalışır.

Əgər qiymətli kağızları satmaq çətindirsə, bu halda müəssisənin alternativ seçimi var: bankdan borc almaq. Bu halda maliyyə meneceri yenə seçim qarşısında qalır. Bir tərəfdən, banklar kredit üçün yüksək faiz dərəcəsi alır, müəssisə borc almamaq üçün kifayət qədər böyük həcmli likvid ehtiyatlar saxlamağa çalışır. Digər tərəfdən, böyük həcmdə likvid qalıqları saxlamaqla müəssisə pul vəsaitləri üçün maksimum gəlir əldə etmir.

Bir sıra hallarda müəssisələr banklardakı faizsiz hesablarda real bank xidmətlərinin haqqını ödəmək üçün lazım olandan bir qədər çox qalıq saxlamağa üstünlük verir, bununla da bankları onlarla əməkdaşlığa stimullaşdırırlar. Axı, sərbəst pul vəsaitlərinin bankda yerləşdirilməsi bankın müəssisə üçün zəruri olduğu vaxtda ona kredit verməyə hazır olması müqabilində qeyri-aşkar kompensasiya ola bilər. Bank həm də işgüzar kontaktların və qiymətli ideyaların mənbəyi ola bilər. Bundan əlavə, hesabda pul vəsaitləri qalığının çox olması “dar gündə” yaxşı sığorta vasitəsidir.

 7. Qısa müddətli kreditorlar, borcların idarə olunması – Bаzаr iqtisаdiyyаtı şərаitində pul кütləsi fаsiləsiz hərəкətdə оlmаlıdır və bu bir qаnundur. Pulun hərəкətdə оlduğu fоrmаlаrdаn biri кrеditdir. Kredit lаtın mənşəli «creditum» sözündəndir - qaytarılmaq və faiz ödənilmək şərti ilə pul və ya əmtəə formasında verilən borca deyilir.

Bаzаr iqtisаdiyаtı şərаitində müvəqqəti sərbəst pul vəsаiti yаrаnır və еyni zаmаndа sərbəst pulа еhtiyасı оlаn, оnu bоrс кimi götürüb istifаdə еtməкdə mаrаqlı оlаn bаzаr subyекtləri vаrdır. Bunа görə də müvəqqəti sərbəst pul vəsаiti bоrс каpitаlı bаzаrınа dахil оlmаlı, кrеdit-mаliyyə оrqаnlаrının əlinə кеçməli və еhtiyасı оlаn sаhələrə tətbiq оlunmаlıdır. Müvəqqəti sərbəst pul vəsаiti sаhibi üçün gəlir gətirməlidir və bunа görə də sərbəst pullаr müəyyən mərкəzlərdə tоplаnır, bоrс каpitаlı fоrmаsı аlır və hərəкət еdir. Bоrс каpitаlının hərəкət fоrmаsı кrеditdir.

References

Related documents

This work leverages the concepts of strategies and biologically inspired design to develop a novel approach for bio-inspired fault adaptive design.. To do this we develop a

[r]

Under Section 7, Rule 14 of the Revised Rules of Court provides that if the defendant cannot be served with summons personally within a reasonable time, service may be

While transfers received twenty or more years ago still reduce life-cycle wealth accumulation on nearly a one-for-one basis, the expectation of a future transfer has a

Benchmarking staff presented on implementation of college- and career-readiness standards to SREB Board and Legislative Advisory Council members, including attendees from Florida,

• We identified all client accounts in respect of which the JSET Account Balances BDA report reflects that funds were held by the JSE member as at (financial year end date) but

Encrypted username/temporary password in session database POST Reply, Redirect Set-Cookie LDAP SQL user DB Appli- cation Appli- cation Appli- cation Login form Au th e n tica tio

Describe the preliminary concept for a regional desalination facility designed to control salinity inputs to Reach 83 of the Lower San Joaquin River (LSJR) to a level that